Dəmir Yolları da Rəsulzadənin büstünə görə icra hakimiyyətini günahlandırdıbackend

Dəmir Yolları da Rəsulzadənin büstünə görə icra hakimiyyətini günahlandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qeyd edək ki, Gəncənin icra başçısı Elmar Vəliyev büstün qoyulduğu parkın icra hakimiyyətinin yox, “Azərbaycan Dəmir Yolları” QSC-nin balansında olduğunu bildirib.

Ancaq “Azərbaycan Dəmir Yolları QSC bununla bağlı məsuliyyəti bölüşmür. Qurumdan İnterpress.az-a verilən məlumata görə, idarə uzun müddətdir ki, balansında olan obyektlərin icra hakimiyyətinin balansına verilməsi üçün müraciətinə cavab ala bilməyib. Bura xəstəxana, su idarəsi daxildir: “Nazirlər Kabineti də qərar verib ki, həmin obyektlər icra hakimiyyətinin balansına keçirilsin. Biz də rəsmi qaydada təhvil-təslim üçün müraciət etmişik, ancaq hələ də qarşı tərəfdən proses həyata keçrilməyib”.

Elnarə
İnterpress.az