Bu barədə ABŞ dövlət katibinin müavini Antoni Blinken açıqlama verib.
O, silahlılar ilə döyüşdə böyük uğur qazanıldığını bildirib: \”İŞİD hələ də təşəbbüsü əlinə almaq və saxlamaq imkanına malikdir.
İraqın baş naziri Haydar əl Abadi bu həftə Parisdə keçirilən beynəlxalq konfransda koalisiya qüvvələrini silahlılarla mübarizədə İraq ordusuna lazımınca dəstək göstərməməkdə günahlandırıb.
Xatırladaq ki, İŞİD ötən ay İraqın Ramadi şəhərini ələ keçirib. Hazırda İraq və Suriyanın bir sıra əyalətləri bu silahlı qruplaşmanın nəzarətindədir.
İnterpress.az