Avropa Oyunlarında idmançıların ibadətinə şərait yaradılacaqbackend

Avropa Oyunlarında idmançıların ibadətinə şərait yaradılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M. Qurbanlı bildirib ki, iştirakçıların məscidə (və ya kilsəyə, sinaqoqa) getməsinin vaxt baxımından imkansız olduğunu nəzərə alaraq onların qaldıqları yerdə ibadət etmələri üçün şərait yaradılacaq: “Bu, dinindən asılı olmayaraq hər kəsə aiddir. Amma turistlərin vaxt imkanı olduğu üçün onlar rahat şəkildə məscidlərə, sinaqoqlara və yaxud kilsələrə gedə bilərlər”.

M. Qurbanlı yerli dindarlara da müraciət edib: “Biz çalışmalıyıq ki, qonaqlara necə yüksək səviyyədə tolerant olduğumuzu göstərək. Məsələn, ola bilər hansısa turist müsəlman deyil, amma maraq üçün gəlib məscidə baxmaq istəyir. Biz buna münasibətdə də tolerant olmalıyıq”.

İnterpress.az