Azərbaycan təhsilində ilkbackend

Azərbaycan təhsilində ilk

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov 11 saylı inteqrasiya təlimli internat məktəb şagirdlərinin əl işlərindən ibarət sərginin açılış mərasimində çıxış edərkən deyib.

Bu gün minlərlə uşağın ümümtəhsil müəssisələrində təhsil almaq imkanına malik olmadığını deyən nazir qeyd edib ki, inkluziv təhsilin tətbiqinə başlamağın iki başlıca əhəmiyyəti var:

\”Bunlardan biri sosialaşdırmadır. Həmin şagirdlər bunun nəticəsində adi ümümtəhsil məktəblərində təhsil alaraq, cəmiyyətə onun tam hüquqlu üzvləri kimi inteqrasiya oluna biləcəklər. Digər məsələ isə təlim-tərbiyə prosesi ilə bağlıdır ki, bu istiqamətdə də məzmundan təlimə qədər olan sahələri əhatə edən xüsusi proqramlar hazırlanmalıdır\”.

M.Cabbarov deyib ki, ölkəmizdə ənənəvi, milli dəyərlərə əsaslanaraq, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün dövlət siyasəti həyata keçirilir: \”Lakin təhsil sistemi və cəmiyyətin özü tərəfindən də bu katqeroriyadan olan insanlar üçün mühüm işlər görülməlidir. Bu istiqamətdə bizim qarşımızda mühüm məsələlər durur. Bunlara çatmaq üçün inamla addımlamalıyıq\”.

İnterpress.az