İnterpress.az xəbər verir ki, psixoloq Barış Gürkaş əsnəməklə bağlı fikirlərdə müəyyən qədər dəyişiklik yarandığını bildirib.
Psixoloqun sözlərinə görə, son zamanlar ən çox yayılan fikri əsnəməyin beynin soyuması ilə bağlı olmasıdır: “Yuxu gələndə, darıxanda və ya yuxudan duranda, hətta yuxu içində də əsnəyirik. Ancaq əsnəmək o qədər də sadə məsələ deyil. Əsnəmək qan dövranını sürətləndirir, qan dövran etdikcə beyin “soyuyur” və daha yaxşı işləyir. İdmançıların yarışlardan əvvəl əsnəməsi də bunun sübutudur”.
İnterpress.az