Bakıda avtobus qəzaya uğradı, sürücü qaçdıbackend

Bakıda avtobus qəzaya uğradı, sürücü qaçdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəhərin mərkəzindən Sabunçu dairəsi istiqamətində hərəkət edən \”Otoyol\” markalı sərnişin avtobusu sürücünün qəfildən idarəetməni itirməsi səbəbindən yoldan çıxıb və yolun kənarındakı dəmir çəpərlərə çırpılıb. Şahidlərin və ərazidə xidmət aparan YPX müfəttişlərinin verdiyi məlumata görə, avtobusun sürücüsü qəzadan sonra ərazidən uzaqlaşıb.

Avtobusun metronun \”Koroğlu\” stansiyası-Zabrat qəsəbəsi istiqamətində hərəkət edən 166 saylı xətt marşrutuna aid olduğu və həmin vaxt xətdən çıxaraq dayanacağa getdiyi ehtimal olunur.

Qəza baş verən zaman avtobusda sərnişinlər olmayıb. Avtoqəza sərnişin avtobusunun və yolkənarı çəpərlərin ziyan görməsi ilə nəticələnib.

Yol qəzası ilə bağlı araşdırmalar aparılır. ( anspress.com )

İnterpress.az