İnterpress.az xəbər verir ki, seçkidə 53 milyon 765 min 231 min seçicinin səsvermə hüququ var. 20 siyasi partiya və 165 müstəqil namizəd parlament kürsüsü uğrunda yarışır.
Səslərin sayılması açıq həyata keçiriləcək. Səsvermə məntəqələrində olanlar prosesi izləmək imkanı əldə edəcəklər.
Bu gün səhər saat 6.00-dan axşam saat 24.00-dək alkoqollu içki satışı qadağan edilib. Heç bir məkanda spirtli içki verilməyəcək. Əyləncə məkanları səsvermə müddətində bağlı olacaq. Restoranlarda ancaq yemək veriləcək. Polis və təhlükəsizliyi mühafizəsi ilə məşğul olanlardan başqa heç kəs silah gəzdrməyəcək.
İnterpress.az