İnterpress.az xəbər verir ki, bunu “The Wall Street Journal”a müsahibəsində ABŞ Silahlı Qüvvələrinin generalı Martin Dempsi bildirib.
Generalın sözlərinə görə, bu, həmin ölkələrin təhlükəsizliyi üçün vacibdir. Dempsi həmçinin Rusiyanı Avropanı nüvə silahı ilə hədələməkdə ittiham edib: “Biz NATO-dan olan müttəfiqlərimizin müdafiəsini gücləndirməliyik. Həmçinin alyansa daxil olmayan, ancaq NATO tərəfdaşı olan ölkələrlə bağlı da məşğul olmalıyıq. Rusiya öz məqsədlərinə çatmaq üçün müxtəlif üsullardan istifadə edir. Bura media-təbliğat, sərhədlərə yaxın ərazilərdə hərbi təlimlər daxildir. Rusiya Avropa xalqlarına hərbi gücdən istifadəi də başa salmağa çalışır”.
İnterpress.az