Seçkilərin ilkin nəticəsinə görə HDP baryeri keçibbackend

Seçkilərin ilkin nəticəsinə görə HDP baryeri keçib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq səslərin 84,9 faizi hesablanıb.

Hesablanan səslərin sayına əsasən, hakim Ədalət və İnkişaf Partiyası (AKP) 42,5 faiz səs toplayıb. Ötən seçkilərdən 25,94 faiz səs toplamış Cümhuriyyət Xalq Partiyası (CHP) bu gün keçirilən seçkilərdə 24,9 faiz səs qazanıb. 2011-ci il parlament seçkilərində 12,96 faiz səs qazanmış Milliyyətçi Hərəkat Partiyası bu seçkilərdə səs sayını artıraraq 16,9 faiz səs toplayıb. Seçkilərin sürpriz partiyası olan HDP isə 10 faizlik seçki baryerini aşmağa müvəffəq olub. Səlahəttin Demirtaşın rəhbərlik etdiyi partiya 11,3 faiz səs toplayıb. Bu nəticələrə əsasən, AKP 264, CHP 127, MHP 84, HDP 75 millət vəkili mandatı qazanmış olur.

Seçkilərin nəticələri parlamentdə təmsilçilik hüququ qazanan dörd partiyadan heç birinin təkbaşına hökumət qurmaq şansının olmadığını göstərir. Bu baxımdan Türkiyədə yeni hökumətin koalision əsaslarda qurulacağı qaçılmazdır. Hər üç partiya seçkilərdən əvvəl AKP ilə koalisiyaya getməyəcəklərini açıqlasalar da, müşahidəçilər eyni elektorata xitab edən sağ mühafizəkar partiyaların – AKP və MHP-nin koalisiya qura biləcəyi ehtimalının olduğunu bildirir. Əgər koalisiya qurmaq mümkün olmasa, Türkiyədə təkrar parlament seçkiləri keçirilə bilər.

Qeyd edək ki, bu gün keçirilən parlament seçkilərində 54 milyondan artıq səsvermə hüququ olan seçicilərin 85,2 faizi bu hüququndan istifadə edib.

İnterpress.az