Qax rayon sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Novruz bayramı ilə əlaqədar qoz və fındığın 1 kiloqramının qiyməti 3 manat olub. Sakinlərin bildirdiyinə görə, Qax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə bayram yarmarkası təşkil olunub:
“Həftənin iki günü-5 və 6-cı günlər yerli əhali öz məhsulunu yarmarkaya çıxardır. Bazarda qozun 1 kiloqramının qiyməti 3-7 manat, fındığın isə 3-4 manat arasında dəyişir. Alverçilər də həmin məhsulu dərhal topdansatış yolu ilə alıb başqa bölgələrə aparırlar”.
Sakinlər deyirlər ki, yarmarka bu həftə işini yekunlaşdıracaq.
İnterpress.az