İnterpress.az xəbər verir ki, planşetinin plastik və şüşə hissəsini yeməyə çalışan şəxs dünyasını dəyişib.
Polisin məlumatına görə, şəxs əvvəlcə pəncərədən əşyalarını tullayıb. Bu barədə qonşular polisə məlumat verib. Hadisə yerinə gələn polis şəxsə mane olmaq istəsə də, adı açıqlanmayan şəxs gözlənilmədən planşetini yeməyə başlayıb. Hadisə yerinə çağırılan təcili yardım şəxsin həyatını xilas edə bilməyib.
İnterpress.az