İŞİD-in daxili məlumatları kəşfiyyatın əlindəbackend

İŞİD-in daxili məlumatları kəşfiyyatın əlində

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə “The New York Times” qəzeti xəbər yayıb.

Məlum olub ki, mayın 16-da Suriyada keçirilən xüsusi əməliyyat zamanı terrorçulara məxsus xeyli notbuk, mobil telefonlar və digər informasiya daşıyıcıları ələ keçirilib. Əldə olunan məlumat sayəsində mayın 31-də qruplaşmanın liderlərindən biri olan Əbu Həmidi zərərsizləşdirmək mümkün olub. Lakin “İslam dövləti”nin təmsilçiləri onun öldüyünü təsdiq etməyiblər.

Həmçinin “İslam dövlət”inin lideri Əbu Bəkr əl-Bağdadinin yerinin müəyyən edilməməsinin səbəbləri bəlli olub. Belə ki, o, elektron rabitə vasitələrindən təmasdan qaçdığı üçün onun yerini tapmaq hələlik mümkün olmayıb. Əl-Bağdadi qruplaşmanın regional liderləri ilə toplantıları Suriyanın Raqqa şəhərində yerləşən mənzil-qərargahında keçirir. Həmin şəxslər ora gedərkən özləri ilə mobil telefonları gətirmirlər.

O da məlum olub ki, “İslam dövləti” liderlərinin həyat yoldaşları məlumatların ötürülməsində vacib rol oynayırlar. Onlar öncə bir-birilərinə, sonra isə öz ərlərinə məxfi məlumatlar ötürürlər.

İnterpress.az