“Elektron hökumət”lə bağlı yeniliklər təqdim edilibbackend

“Elektron hökumət”lə bağlı yeniliklər təqdim edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, brifinqdə Azərbaycan Texniki Universiteti, “Azərişıq” ASC və “Azərsu” ASC-nin səlahiyyətli nümayəndələri iştirak edərək fəaliyyət sahələri üzrə yenilikləri təqdim ediblər.

Brifinqdə bildirilib ki, ilin sonunda “Elektron hökumət”lə bağlı ən çox məqalə yazan və maarifləndirmə işləri aparan jurnalist müəyyənləşdiriləcək və mükafatlandırılacaq. Jurnalistlərdən xahiş olunub ki, e-hökumətlə bağlı materialların linkini [email protected] ünvanına göndərsinlər.

MHM-nin direktoru Nail Mərdanovun sözlərinə görə, artıq elektron hökumət portalından istifadçi sayı 1 milyon 900 min nəfərə çatıb. Tətbiq edilən yeniliklər barədə məlumat verən Nail Mərdanov bildirib ki, sentyabr ayından etibarən dövlət qurumlarında monitorinqlər keçiriləcək. Artıq həmin qurumlara ilkin sorğular göndərilib. MHM ilə Texniki Universitet arasındakı razılaşmaya əsasən elektron imza strukturu ilə bağlı universitetdə laboratoriya yaradılması nəzərdə tutulur. Həmin laboratoriyada tələbələr elektron imza hazırlanması prosesi ilə əyani şəkildə tanış olmaq imkanı əldə edəcəklər.

Brifinqdə çıxış edən “Azərişiq” və “Azərsu” nümayəndələri elektron hökumət portalına inteqrasiya edilən xidmətlərlə bağlı məlumat verib. Məlum olub ki, “Azərsu” gələcəkdə əhali qrupu abonentlərə texniki şərtin, borcun olub-olmamasına dair arayışların, su təchizatının dayandırılması və bərpası ilə bağlı elektron müraciətləri qəbul edəcək.

Qeyd edək ki, ayda bir dəfə nəşr olunan bülletendə “Elektron hökumət” portalı, tətbiq olunan yeni elektron xidmətlər, e-sənəd mübadiləsi, e-imza infrastrukturu və xarici ölkələrin “Elektron hökumət” və İKT sahəsindəki təcrübələri barədə xəbərlər öz əksini tapır. Bu yeniliklər barədə informasiyaların kütləviləşməsi, həmçinin görülən işlərin mətbuata birbaşa elan olunması məqsədilə hər ay “Elektron hökumət” bülleteni üzrə brifinq keçirilir.

Elnarə
İnterpress.az