Bir qadın hündürmərtəbəli binaya çıxaraq özünü atmaq istəyib.
Məlumat daxil olan kimi hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Xilasedicilərin səyi nəticəsində 1975-ci il təvəllüdlü kimliyi hələlik dəqqiləşdirilməyən qadını fikrindən daşındırmaq mümkün olub.
İlkin məlumata görə, qadın ruhi xəstə olub
Onun hansı səbəbdən özünü öldürmək istədiyi araşdırmalardan sonra məlum olacaq.
Faktla bağlı araşdırma aparılır.
İnterpress.az