“Qara qartallar” Şenol Gönəşlə razılığa gəlib.
Təcrübəli mütəxəssis yerli mətbuata açıqlamasında bu barədə özü məlumat verib:
“Beşiktaş” rəhbərliyi ilə görüşdüm. Yüz faiz anlaşmasaq da, hər halda problem yaranacağını düşünmürəm” – deyə o bildirib.
“Beşiktaş”ın müxbiri Hakan Gündoğan isə Türkiyə telekanalların birinə açıqlamasında Şenol Günəşlə tam razılıq əldə olunduğunu və bu gün onunla 2+1 illik müqavilə imzalanacağını deyib.
Qeyd edək ki, Türkiyə millisinin sabiq baş məşqçisi son olaraq “Bursaspor”u çalışdırıb.
İnterpress.az