Deputatdan aparıcıya: “Biri onun geyiminə baxıb…”backend

Deputatdan aparıcıya: “Biri onun geyiminə baxıb…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu sözləri AzNews.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

ANS-in efirində yayımlanan “İncə maraqlar” verilişində aparıcının çadra örtən xanımları “bayquş”a bənzətməsinin yalnış addım olduğunu deyən deputat kimisə dini inancına görə məsxərəyə qoymağı ədəbsiz davranış adlandırıb: “Bir insanın yalnışı onun mənəvi məsuliyyəti ilə bağlı məsələdir. Ona görə hər hansı addımı siyasiləşdirmək düzgün olmazdı. Əgər kimsə başqasının geyimi haqqında hər hansı təhqiramiz ifadə söyləyirsə onun özünə də eyni fikri səsləndirmək olar. Biri onun geyiminə baxıb tamamilə başqa cür adlandıra bilər. Ona görə kimsə kimsəyə inancına görə geyindiyi paltara tənqidi fikir deyə bilməz”.

Fazil Mustafa Azərbayacanın tolerant ölkə olduğunu, buna görə də insanların dini inancının, geyim seçiminin azad olduğunu vurğulayıb.

Düşünürəm ki aparıcının üzr istəməsi daha mədəni bir davranış olardı: “Hicabın da formaları var. Elə hicab formaları var ki, hansısa bir ölkənin ideoloji simgəsini daşıdığına görə insanlarda müəyyən dərəcədə qıcıq yarada bilər. Amma bu insanın öz seçimidir. Tolerant ölkədə kiminsə mini geyinməsini məsxərəyə qoymaq yalnışdırsa, inanclara görə də bunu etmək yalnışdır. Kimisə öz seçiminə görə hədəf götürmək yalnış addım olardı və ədəbli davranış deyil”.

İnterpress.az