İnterpress.az xəbər verir ki, görüşdə son zamanlar Müsavat Partiyası ətrafında yaranan “mühacir qalmaqalı”nın da müzakirəsi gözlənilir.
Partiyanın Divan üzvü Razim Əmiraslanlı da İnterpress.az-a açıqlamasında Müsavat üzvü olan mühacirlərlə görüşün keçiriləcəyini təsdiqləyib: “Ancaq dediyiniz məsələnin müzakirəsi başqanın səlahiyyətindədir”.
Qeyd edək ki, Avropa Parlamentinin dəvəti ilə baş tutacaq səfər iyunun 15-17-də gerçəkləşdiriləcək. Brüsselə səfərdə Arif Hacılını Səxavət Soltanlı müşayət edəcək.
Elnarə
İnterpress.az