MHP geri addım atdı: koalisiya üçün 3 şərtbackend

MHP geri addım atdı: koalisiya üçün 3 şərt

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bundan əvvəl koalisiyaya getməyəcəklərini deyən Bahçeli “Qırmızı cizgilərimiz qəbul edilsə, koalisiyanı düşünə bilərik” deyə vurğulayıb.

MHP-nin Başqanlıq Divanının 3 saat davam edən iclasından sonra mətbuata açıqlama verən Bahçeli şərtlərini açıqlayıb: “Prezident Ərdoğan Konstitusiya çərçivəsinə çəkiləcək və Konstitusiyada nəzərdə tutulduğu kimi bitərəf olacaq. Çözüm sürəci məsələsi tamamilə qaldırılacaq. Dekabrın 17-də keçirilən əməliyyatlar və rüşvət qalmaqalında adı hallanan şəxslərlə bağlı araşdırma aparılacaq. AKP-dən olan 4 keçmiş nazir Yücə Divana çəkiləcək”.

İnterpress.az