İnterpress.az xəbər verir ki, Şövkət Tağıyeva elmi fəaliyyətə İranda, o sıradan, Güney Azərbaycanda milli azadlıq hərəkatları tarixi üzrə tədqiqatlarla başlayıb. Moskvada namizədlik disertasiyası müdafiə etmiş, bu sahədə 2 monoqrafiya və 50-dən çox məqalə respublikada, 16 məqalə Sovetlər Birliyi, Polşa, Türkiyə, Kanada və İranda çap etdirib. Problemlə bağlı respublikada və xaricdə elmi konfrans və seminarlarda məruzə və çıxışlar edib. Elmi fəaliyyətdə aparıçı istiqamətlərdən biri İranda aqrar münasibətlər problemi olub. Problemlə bağlı 2 monoqrafiya, 12 məqalə və tezislər çap edilmiş, elmi toplantılarda çıxışlar edilib. Bu sahədə axtarışlarını \”XİX əsrin sonu və XX əsrin əvvəllərində İranda aqrar münasibətlər\” adlı doktorluq disertasiyasını müdafiə edib. Elmi yığıncaqlarda Güney Azərbaycanla bağlı fəaliyyəti aparıcı yer tutub.
Respublikada və ondan kənarda Güneyazərbaycanşunaslıq elmi məktəbinin yaradıcısı kimi tanınır. 1976-1991-ci illərdə AMEA-nın Şərqşunaslıq İnstitutunda fəaliyyət göstərib, \”Cənubi Azərbaycan tarixi şöbəsi\” nin yaradıcısı və rəhbəri olub, bu sahədə elmlər namizədləri yetişdirib. Kollektivlə hazırlanmış \”Cənubi Azərbaycan tarixi oçerki 1828-1917\” (Bakı,1985), \”Cənubi Azərbaycan tarixi məsələləri\” (Bakı, 1989-1991) kitablarının əsas müəlliflərindən biri, həm də elmi redaktoru olub. Güney Azərbaycanının XİX-XX yüzilliklər tarixinə aid araşdırmaların elmi nətiçələrini ali və orta məktəblər üçün respublikada hazırlanmış \”Azərbaycan tarixi\” dərsliklərinin Cənubi Azərbaycana aid fəsillərində əks etdirib.
Allah rəhmət etsin!
İnterpress.az