Bu barədə Belarus prezidentinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda qeyd edilir ki, dövlət başçısı I Avropa Oyunlarının rəsmi açılış mərasimində iştirak edəcək. Bundan əlavə, Belarus Prezidenti bir sıra ikitərəfli görüşlər keçirəcək və idman obyektlərinə baş çəkəcək.
Xatırladaq ki, Azərbaycanda keçiriləcək I Avropa Oyunlarında iştirak edəcək ölkələrdən Rusiya, Türkiyə və Serbiya prezidentləri Bakıya səfər edəcəyini açıqlayıb.
Birinci Avropa Oyunlarının Açılış Mərasimi iyunun 12-də baş tutacaq. I Avropa Oyunları 12-28 iyun tarixlərində keçiriləcə və yarışlarda 50 Avropa ölkəsindən 6 mindən çox idmançı qatılacaq.
İnterpress.az