“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin və Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları vağzallarda, stansiyalarda, körpülərdə, keçidlərdə, Bakı qovşağı ərazisində hərəkət edən yük və sərnişin qatarlarında mühafizə sistemini gücləndirəcək.
Beynəlxalq sərnişin qatarlarında çalışan qatar heyətləri, təlimatçılar və digər əlaqədar işçilərlə sərhəd-keçid məntəqələrində prosedur qaydaları ilə bağlı təlimatlar aparılıb. Birinci Avropa Oyunlarının keçiriləcəyi müddətdə Bakı və Sumqayıt sərnişin stansiyalarında və Gəncə vağzalında səsli məlumatlar Azərbaycan, Rus və İngilis dillərində səsləndiriləcək. Eyni zamanda, Bakı sərnişin stansiyasının rəsmi nümayəndələr zalında daimi ingilis və rus dillərində tərcüməçilər olacaq. Bakı sərnişin stansiyasından Koroğlu dayanacağına (metronun eyniadlı stansiyasının yanı) kimi yeni alınmış ikimərtəbəli elektrik qatarları işləyəcək.
İnterpress.az