Sabah hərəkət istiqaməti dəyişəcək marşrutlarbackend

Sabah hərəkət istiqaməti dəyişəcək marşrutlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Nəqliyyat Nazirliyindən məlumat verilib.

Siyahını təqdim edirik:

Zabrat-Maştağa istiqamətində – 107, 131, 172, 173, 189 saylı marşrut xətləri Mehdiyev, Bakıxanov qəsəbəsi, Əfəndiyev küçəsi, Neftçilər metrostansiyası, Rüstəmov və Əliyev küçələrinin kəsişməsindən keçəcək.

139, 148, 163, 166, 198, 204, 216 və 217 saylı marşurut xətləri Mehdiyev, Bakıxanov qəsəbəsi, Əfəndiyev və Şərifli küçəsi, Mirzəyev, Qara Qarayev prospekti və I yola qədər gedəcək.

62, 40 və 105 saylı marşrut xətti isə Sabunçu stansiyası, Əsədullayev keçəsi, Bakıxanov qəsəbəsi, Mehmandarov və Sülh keşəsi, Neftçilər metrostansiyası ilə hərəkət edəcək.

55 saylı marşrutun xətti isə Sabunçu satansiyasından birbaşa Mehmandarov küçəsi ilə mövcud xətt üzrə hərəkət edəcək.

93 saylı marşrutun xətti isə müvəqqəti olaraq ümumiyyətlə dayandırılır.

Mərdəkan, Buzovna, Qala istiqamətində isə 100, 101, 136, 141, 150, 160, 171 və 187 saylı marşurut xəttləri Mərdəkan şosesi, H. Əliyev prospekti, Zığ beton yolu, Gəncə prospekti, H. Aslanov metrostansiyalarına qədər gedəcək.

116 saylı marşurtun xətti isə H. Həliyev hava limanı və Zığ beton yolu, Nobel prospekti, Cəlilov, 28 May küçəsi (Səməd Vurğun bağının yanı) son dayanacaq olmaqla keçəcək.

184 saylı marşurut xətti Bül-Bülə, Bakıxanov qəsəbəsi, Əfəndiyev küçəsinə qədər təşkil olunacaq.

214 saylı marşurut xətti isə Bakıxanov əsəbəsindən 8 km bazarına qədər gələcək.

Ziya Bünyadaov prospektində də 4 marşurut xəttində dəyişiklik edilib:

11 və 36 saylı marşurut Q. Qarayev prospekti və Vəliyev küçəsi, Abbasov, Manafov keçəsi və öz mövcud xətti üzrə geriyə işləyəcək.

82 saylı marşurutun xətti isə müvəqqəti olaraq dayandırılır.

207 isə Binə ticarət mərkəzindən Dairəvi yol, Moskva, Mustafayev, Z. Bünyadov və Atatürk prospektinə qədər təşkil olunacaq.

İnterpress.az