Bu haqda məlumatı BBC telekanalı yayıb.
Məlumata görə, Braziliya futbolunun əfsanəsi Ziko FİFA-nın prezident seçkilərində namizədliyini irəli sürəcək. Ziko beynəlxalq futbol təşkilatının korrupsiyada günahlandırılmasına görə üzüldüyünü deyib.
52 yaşlı eks-futbolçu Rio-de-Janeyroda mətbuat konfransında bildirib ki, FİFA prezidentliyinə namizədliyini irəli sürmək onun borcudur.
\”Bu gün futbol aləmində baş verənləri izləmək kədərlidir. Korrupsiya xəbərlərinə görə, bir çox yaxşı insanın gördüyü ağır iş puça çıxdı. Mən FİFA-nın prezidenti vəzifəsinə seçilmək üçün öz bilik və təcrübəmi sərf etməyi özümə borc bilirəm”, – deyə eks-futbolçu vurğulayıb.
FİFA-nın hazırkı başçısı Sepp Blatter yeni başçı seçiləndən 4 gün sonra vəzifəsini tərk edəcəyini bildirib.
Yeni seçkilərin dekabrda Blatterin istefaya gedəndən sonra keçiriləcəyi gözlənilir.
Ziko bir çox dünya ölkələrində məşqçi kimi işləsə də onun yüksək səviyyədə inzibati iş təcrübəsi azdır.
Ziko Brazilya futbol tarixinin ən yaxşı oyunçularından biri sayılır. O, 1978, 1982,1986-cı illərdə dünya çempionatlarında iştirak edib. O, Yaponiyanın milli, Moskvanın \”ÇSKA\” və Türkiyənin “Fənərbaxça” futbol komandalarının məşqçisi olub.
Ötən ay FİFA-nın korrupsiyada şübhəli bilinən 7 yüksək vəzifəli rəsmisi həbs olunub. Onlar ABŞ prokurorluğu tərəfindən 24 il ərzində ümumən 150 milyon dollar rüşvət almaqda ittiham edilən 14 nəfər arasındadır.
İnterpress.az