Sülhməramlılara seksual xidmət qalmaqalıbackend

Sülhməramlılara seksual xidmət qalmaqalı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə məlumat BMT-nin hesabatında yer alıb.

Hesabata əsasən qadınlar aclıq səbəbindən buna məcbur qalırlar. Belə ki, onlar ehtiyacları olan məhsulları seksual xidmət müqabilində əldə edirlər.

Hələlik çap edilməyən hesabatın ilkin variantını “Reuters” agentliyi əldə edib.

Sənədə əsasən Liberiya və Haitidən olan yüzlərlə qadın kasıblıq həddində yaşayır, aclıqdan əziyyət çəkir. Seksual xidmətləri müqabilində qadınlar sülhməramlılardan pul, paltar, mobil xidmət, hətta zərgərlik məmulatları alıblar. 2008-2013-cü illər ərzində 480 belə fakt qeydə alınıb.

İnterpress.az