Elbəyi Həsənli: “Arif Hacılı ilə aramızdakı körpülər kül olub”backend

Elbəyi Həsənli: “Arif Hacılı ilə aramızdakı körpülər kül olub”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az səfər ərəfəsində Müsavat rəhbərliyinə və Avropadakı bəzi müsavatçılara “mühacir biznesi” ilə bağlı ittihamlar səsləndirən Elbəyi Həsənli ilə müsahibəni təqdim edir.

– Müsavat başqanı Arif Hacılının Brüssel səfərində Avropadakı azərbaycanlılarla görüşü planlaşdırılır. Bu barədə sizin ünvanına ittiham səsləndirdiyiniz Eldəniz Yusifov da bildirib. Arif Hacılı ilə görüşdə iştirak edəcəksizmi?

-Onunla görüşmək fikrində deyiləm. Aramızda olan bütün körpülər çoxdan yanıb, kül olub. O, məni “iqtidarın müzduru”, mən isə onu “arayış biznesində” ad çıxarmış birisi hesab edirəm. Bir də odla bir çəllək yanacağın görüşü çox təhülükəli ola bilər…

-Bir çoxlarını bu sual maraqlandırır. Niyə məh Ləman Talıbova? Əgər dediyiniz kimi “mühacir biznesi” ilə bağlı faktlar çoxdursa basqa faktdan istifadə etmək olmazdımı?

-Ləman Talıbova bu zəncirdə bir həlqədir. Və onunla bağlı faktlar nə vaxt idi ki, Facebook-da fırlanırdı. Yəni, açılmış kart idi. Sadəcə, çoxlarının bildiyi həqiqətləri daha geniş auditoriyaya çıxardım. Həm də bu işdə diqqətçəkən məqamlar var. Özümdə olan faktları isə hələ ki, ehtiyatda saxlayıram. Daha doğrusu, rüşvət müqabilində arayış alanların adlarını açıqlamaq istəmirəm. Çünki adları açıqlamaq onların Avropaya giriş qapısını birdəfəlik qapatmaq deməkdir. Mənsə insan taleyləri ilə oynayanlardan deyiləm. Bu barada mənə müraciətlər daxil olur ki, bəy, mənimlə bağlı sizdə sənəd varmı? Yəni, bu durumda olanları sakitləşdirmək lazım gəlir. Onları da qınamıram. Eləsi var ki, borc-xərc edib rüşvətlə vəsiqə və arayış alıb, İsa Qəmbərlə şəkil çəkdirib, ümid edib ki, Avropada yaşamaq haqqı əldə edəcək. Və ortaya belə bir skandal çıxır. Nəticədə kasıb-kusubun yaxşı yaşamaq şansı əldən çıxır. Mən özümü tez-tez belələrinin yerinə qoyuram və dəhşətə gəlirəm…

-Amma maraqlıdir ki, ünvanlarına ittihamlar səsləndirdiyiniz Eldəniz Yusifov və Ləman Talıbova susur. Sizcə niyə?

-Danışıb nə deyə bilərlər ki? Başa düşürlər ki, danışsalar daha çox ifşa olunacaqlar. Ona görə də susumağa üstünlük verirlər. Ağıllı yanaşmadır. Ləman xanım siyasi reallıqlardan bixəbər birisidir. Ona görə də onun üçün Eldəniz Yusubov tərəfindən yaradılmış tribunadan yanlış yararlandı və özü-özünü ifşa etdi.

İnterpress.az