İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Məlumata görə, havadan kolisiya qüvvələrinin, qurudan isə PYD-nin hücumu nəticəsində ərazilər boşaldılır. Bəzi mənbələr bunun bölgədəki demoqrafik durumun dəyişdirilməsi məqsədilə atlan addım olduğunu bildirir.
Suriyanın Nustel, Hubeyce, Zeydi və Arba bölgələrində yaranan vəziyyət səbəbindən sərhədə toplaşan suriyalılarn hələlik Türkiyəyə keçməsinə icazə verilmir.
Bölgədəki kürd yetkililər isə kürdlərin də əraziyə PKK yerləşdirilməsinə qarşı çıxdıqlarını bildirir. Suriyalı kürd alimi Omar Seyhmusun sözlərinə görə, kürdlər İŞİD-i Tel Abyaddan çıxarmaq istəyir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə Tel Abyadda ərəb və türkmənlərin vurulmasından sonra bölgəyə PYD və PKK-nın yerlədirlməsini kəskin tənqid edib.
İnterpress.az