Bakıya maşınla giriş məhdudlaşdırılıbbackend

Bakıya maşınla giriş məhdudlaşdırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Oxu.Az-a bildirib ki, bu gün paytaxtın müəyyən küçələrində təhlükəsizlik tədbirlərinin görülməsi ilə bağlı müvəqqəti olaraq məhdudiyyətlər olacaq. Şöbə rəisinin sözlərinə görə, Bakı 2015 I Avropa Oyunlarının mahiyyətini nəzərə alaraq hər kəs çalışmalıdır ki, ictimai nəqliyyata üstünlük versin. “Avropa Oyunları ilə əlaqədar tədbirlərin keçirilməsi, gələn qonaqların müşahidə olunması, iştirakçıların idman kompleksinə aparılması, tamaşaçıların daşınması ilə bağlı müəyyən vaxtlarda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət nəzərdə tutulub”.

Kamran Əliyev əlavə edib ki, Bakının şimal və cənub girişində nəqliyyatın hərəkətində müəyyən məhdudiyyətlərin tətbiqi nəzərdə tutulub. “Biz dəfələrlə məlumat vermişik ki, birinci Avropa Oyunlarının keçirildiyi müddətdə Bakıda nəqliyyatın sıxlığının azaldılması və təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə paytaxt ərazisinə nəqliyyat vasitələrinin daxil olmasına müəyyən məhdudiyyətlərin tətbiqi nəzərdə tutulub. Vətəndaşlar fərdi nəqliyyat vasitələrindən imtina edib, ictimai nəqliyyatdan istifadə edərək rahat şəkildə istədikləri ünvana doğru hərəkət edə bilərlər”.

İnterpress.az