İnterpress.az xəbər verir ki, bu barədə hərəkatın lideri Həsən Nəsrulla yaydığı bəyanatda bildirib.
Bəyanatda bildirilir ki, Suriya və Livan arasındakı sərhəddə İŞİD-lə müharibə aparılacaq. Artıq “Hizbullah”ın İŞİD-ə məxsus bir neçə terrorçunu və nəqliyyat vasitəsini məhv etdiyi bildirilir.
Şeyx Nəsrulla bu bəyanatını Livan Universitetində İranın ali dini lideri Ayətullah Xamneyiyə həsr olunan konfransın iştirakçılarına müraciətlə səsləndirib.
O, hərbi əməliyyatları bütün terrorçular məhv edilənə qədər davam etdirəcəklərini vurğulayıb: “Biz onlardan bir nəfərini də burda qoymayacağıq”.
İnterpress.az