Azərbaycanın Polşadakı səfirliyi bəyanatla çıxış edibbackend

Azərbaycanın Polşadakı səfirliyi bəyanatla çıxış edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəyanatda deyilir:

“İnsan Haqları üzrə Helsinki Fondunun Varşava nümayəndəliyi bir qayda olaraq Azərbaycan Respublikasına qarşı qarayaxma kampaniyası ilə məşğuldur. Vahid mərkəzdən idarə olunan bu təşkilat istənilən mövzudan istifadə etməklə Azərbaycan Respublikasının beynəlxalq aləmdə yüksələn nüfuzuna xələl gətirməyi sanki qarşısına məqsəd qoyur. Bu işdə Polşa Respublikasında fəaliyyət göstərən digər qeyri-hökumət təşkilatlarını da özünə müttəfiq edərək çirkin əməllərini davam etdirir. Narahatlıq doğuran hal budur ki, Azərbaycana qarşı növbəti qərəzli hücum üçün nəcib ideallara xidmət edən Avropa Oyunları kimi hadisədən istifadə etməyə cəhd göstərilib. Birinci Avropa Oyunlarının başlanmasına demək olar ki saatlar qalır. Milyonlarla tamaşaçı tarixdə ilk dəfə keçirilən bu möhtəşəm tədbirin açılış mərasimini və Avropanın ən güclü atletlərinin qələbə uğrunda mübarizəsini maraqla izləməyə hazırlaşır. Azərbaycan Respublikasına gələn idmançılar, jurnalistlər və turistlər yarışların yüksək səviyyədə təşkilinin şahidi olacaq, Azərbaycanın hərtərəfli inkişafı və bənzərsiz gözəlliyi, xalqımızın milli-mənəvi dəyərləri, mədəniyyəti və tolerantlıq ənənələri barədə zəngin təəssüratlar qazanacaqlar. İnsan Haqları üzrə Helsinki Fondunun Varşava nümayəndəliyinin Birinci Avropa Oyunları ilə bağlı mövqeyi oyunlarda iştirak edəcək Polşa idmançılarının mövqeyini əks etdirmir. Polşa yığması böyük ruh yüksəkliyi ilə Azərbaycan Respublikasına yola düşüb və artıq Bakıdadır. Polşa idmançıları digər ölkələrdən olan idmançılarla yeni-yeni uğurlar qazanmağa hazırlaşır. İnanırıq ki, İnsan Haqları üzrə Helsinki Fondunun Varşava nümayəndəliyi çirkin kampaniyalarla həm ölkəmizin, həm də bütövlükdə Avropanın idman həyatında mühüm hadisəyə çevriləcək Birinci Avropa Oyunlarının yüksək səviyyədə keçməsinə maneə törədə bilməyəcək”.

İnterpress.az