“AVRO-2016″nın seçmə mərhələsində növbəti oyunlar keçirilib – VİDEObackend

“AVRO-2016″nın seçmə mərhələsində növbəti oyunlar keçirilib – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

3 qrupda 9 qarşılaşma baş tutub.

A qrupunun lideri Çexiya ən yaxın izləyicisi İslandiyaya məğlub olub. Qonşu Türkiyə millisi izə Qazaxıstana qalib gəlib. Liderlərə yaxınlaşmağa çalışan Hollandiya isə səfərdə Latviya üzərində qələbə qazanıb.

B qrupunda eyni xalla liderlik edən Belçika ilə Uels qarşılaşıb. Matç sonuncuların qələbəsi ilə başa çatıb. Bu qrupda İsraillə Bosniya və Herseqovina arasında qarşılaşma da vacib əhəmiyyət kəsb edirdi. Balkanlılar işi şansa buraxmayıblar.

Azərbaycan millisinin yer aldığı H qrupunda da liderlər üz-üzə gəlib. Xorvatiya 2 xal qabaqladığı İtaliyanı qəbul edib. Appeninilər zirvəni ələ keçirmək, balkanlılar isə üstünlüyünü artırma üçün qalib gəlməli idi. Matç bərabərliklə bitib. Millimizin turnir cədvəlindəki qonşuları Bolqarıstanla Malta münasibətlərini aydınlaşdırıb. Bolqarlar minimal hesablı qələbə qazanıb.

Qeyd edək ki, Azərbaycan millisi də bu gün Osloda Norveçlə qolsuz bərabərliyə nail olub.

AVRO-2016-nın seçmə mərhələsi, VI tur

12 iyun

A qrupu
Qazaxıstan – Türkiyə – 0:1
Qol: Arda Turan, 83

İslandiya – Çexiya – 2:1
Qol: Qunnarson, 60, Siqurdson, 76 – Dokal, 55

Latviya – Hollandiya – 0:2
Qol: Viynaldum, 67, Narsinq, 71

B qrupu
Andorra – Kipr – 1:3
Qol: Dossa Junior, 2 (öz qapısına) – Mtidis, 13, 45, 52

Bosniya və Herseqovina – İsrail – 3:1
Qollar: Viska, 43, 75 Dzeko, 45+2 – Ben Haim, 41

Uels – Belçika – 1:0
Qol: Beyl, 25

H qrupu
Xorvatiya – İtaliya – 1:1
Qol: Mancukiç, 11 – Kandreva, 36 (pen.)

Malta – Bolqarıstan – 0:1
Qol: Popov, 56

Norveç – Azərbaycan – 0:0


İnterpress.az