Yerli vaxtla saat 3 radələrində (Bakı vaxtı ilə saat 5) binanın bir tərəfində çökmə meydana gəlib. Binanın qarşısında olan avtomobil çökmə nəticəsində yaranmış çuxura düşüb. Hadisədən dərhal sonra sakinlər binanı tərk edib. Vətəndaşların məlumat verməsi ilə binaya təbii qaz və elektrik enerjisinin verilməsi dayandırılıb.
Bina sakinləri gecəni küçədə keçirib və onlardan bəziləri hadisə qarşısında göz yaşlarını saxlaya bilməyiblər.
Faktla bağlı araşdırmalar davam edir.
İnterpress.az