Azərbaycan ilk gümüş medalını qazandıbackend

Azərbaycan ilk gümüş medalını qazandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İlk mərhələdən azad olan Rafiq Hüseynov birinci görüşünü 1/8 finalda keçirib. Avropa çempionatı və Qran-prinin çempionu, həmçinin dünya çempionatının mükafatçısı Mixael Vaqnerlə (Avstriya) münasibətlərinə aydınlıq gətirib.

Hüseynov ilk hissədəcə cütün taleyinə aydınlıq gətirib. Təmiz qələbə sayəsində 1/4 finala yüksələn Rafiq ikinci qarşılaşmasında bolqarıstanlı Daniel Aleksandrovla qarşılaşıb.

O, bu görüşün də taleyini vaxtından əvvəl həll edib. İlk hissədə 10:0 hesabı ilə qalib gələn Rafiq yarımfinala vəsiqə qazanıb.

Bu mərhələdə türkiyəli Selçuq Cebi ilə qarşılaşan Avropa çempionun yarışa tam hazır olduğunu bir daha sübuta yetirib və yenə də döyüşü vaxtından əvvəl aktivinə yazıb – 9:0.

Güləşçimiz finalda rusiyalı Yevgeni Salayevlə qarşılaşıb. Görüş 2:0 hesabı ilə rəqibin xeyrinə başa çatıb. Nəticədə Hüseynov Avropa Oyunlarında komandamıza ilk gümüş medalı qazandırıb.

İnterpress.az