Bunu \”Bakı-2015\” I Avropa Oyunları Əməliyyatlar Komitəsinin baş direktoru Saymon Kleqq bu gün keçirilən mətbuat konfransında deyib.
\”İstənilən böyük idman tədbirində ilk günlər sistem yavaş-yavaş işə düşür. Nəqliyyat sistemi yüksək səviyyədə işləyir. Avstriyalı idmançılarla baş verən insidentdən sonra bütün nəqliyyat məsələləri nəzərdən keçirilib. Əlavə maneələr də quraşdırıldı ki, sürət həddi aşılmasın. Bütün sürücülərə bir daha təlimat verilib ki, təhlükəsizlik məsələlərinə riayət etsinlər\”, – deyə S. Kleqq qeyd edib.
İnterpress.az