Hökuməti kim quracaq? – Ərdoğan açıqlayacaqbackend

Hökuməti kim quracaq? – Ərdoğan açıqlayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

O, hökuməti formalaşdırmaq vəzifəsinin kimə həvalə olunacağını da açıqlayıb: “Hökuməti formalaşdırmaq vəzifəsini siyasi əxlaqımın yol verdiyi şəkildə ən çox səs qazanan siyasi partiyanın liderinə həvalə edəcəyəm. O, hökuməti qura bilməzsə, yenə də siyasi əxlaqımın yol verdiyi şəkildə bu hüququ ən çox səs toplayan ikinci partiyanın sədrinə verəcəyəm”.

Prezident əlavə edib ki, görüş üçün dörd partiya sədrini növbəti həftə ayrı-ayrılıqda da qəbul edə bilər.

Ərdoğan koalisiyanın qurulmayacağı halda isə Konstitusiyanın tələb etdiyi şəkildə təkrar seçki keçirilməsinin labüd olduğunu qeyd edib: “Mən buna erkən yox, təkrar seçki deyirəm. Çünki ölkənin hökumətsiz qalması düşünülə bilməz”.

Ölkə başçısı həmçinin investisiyaların və beynəlxalq əlaqələrin qırılmaması üçün hökumətin tezliklə qurulmasının vacibliyini də diqqətə çatdırıb.

İnterpress.az