O, bu gün keçirilən mətbuat konfransında bu haqda belə deyib:
”Dünən karate üçün əhəmiyyətli gün idi. Avropa Oyunlarında nümunəvi çıxış üçün imkan yaranmışdı. Biz yaxşı nailiyyətlər nümayiş etdirdik. Göstərdik ki, karate Olimpiya yarışlarına hazır idman növüdü. Avropa Oyunları üçün əla şərtlər hazırlanıb. Biz də ən yaxşı karateçiləri gətirmişik. Avropanın ən yaxşıları burdadı. İki ay əvvəlki Avropa Çempionatının qalibləri də burdadı. Hamıya göstərəcəyik ki, Olimpiya hərəkatına qatılmağa hazırıq. Karate dünyasında hamı bunu istəyir. Dövlətlər, digər təşkilatlar idmanı maliyyələşdirəndə bunun Olimpiya növü olub-olmamasına baxmırlar. Lakin inkişaf edən ölkələrdə görürsən ki, heç bir idman növü maliyyələşmir. Karateyə də çox maliyyə ayrılmalıdı, gənclər arasında xüsusi iş görülməlidi. Mövcud maliyyə ilə Olimpiya ailəsinə qatılmağa hazırıq. Bu da karateni daha geniş yaymağa imkan verəcək”.
Antonio Espinos I Avropa Oyunlarında qızıl medal qazanmış azərbaycanlı karateçi Rafael Ağayevdən də danışıb:
”O, əfsanəvi karateçidi. Titullarına baxsanız, buna şahid olarsınız. Karate icması da onu belə qəbul edir. O, idmanın bir səfiridi. Bu da ona gözəl imkan yaradır”.
İnterpress.az