İnterpress.az xəbər verir ki, şəhərin mərkəzində daşqının daha bir qurbanının cəsədi tapılıb. Bu şəxs öz avtomobili ilə suda batıb. Beləliklə də ölü sayı 15-ə yüksəlib.
Bununla belə bu saata qədər rəsmi məlumatlarda hələlik ancaq 12 nəfərin öldüyü bildirilir. 20-dən çox adam itkin düşmüş hesab olunur.
Daşqın nəticəsində şəhərə 22 milyon dollar ziyan dəyib.
İnterpress.az