İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.
“Kommersant” qəzetinin yazdığına görə, xoşagəlməz vəziyyətə səbəb Rusiya prezidenti Vladimir Putinin görüşün keçiriləcəyi salona gec gəlməsi olub.
Belə ki, Putinin görüşlərə gecikmək kimi bir ənənəsi burda da özünü göstərib. Belə ki, Ərdoğan özünün qaldığı və görüşün keçiriləcəyi “Four Season Otel”in görüş zalına getdiyi zaman Putin hələ qaldığı oteldən çıxmayıb:
“Ərdoğan və Davutoğlu görüşün keçiriləcəyi salona gəldiyi zaman orda nəinki Putin, heç Rusiya nümayəndə heyətinin heç bir üzvü olmayıb. Ərdoğan ətrafına baxdı və sifətindən narahatlığı bəlli oldu. Rusiya xarici işlər naziri Lavrov salona daxil olaraq vəziyyəti aradan qaldırmağa çalışdı. Ancaq Ərdoğan nəzakət xatirinə də olsa gülümsəmədi”.
İnterpress.az