Avropa Oyunlarına qarşı aparılan kampaniyaya cavabbackend

Avropa Oyunlarına qarşı aparılan kampaniyaya cavab

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İKGF-dən APA-ya verilən məlumata görə, bir həftə ərzində işini davam edəcək, İƏT ölkələrindən 100-dən çox gənc liderin qatıldığı Forum çərçivəsində Yay Düşərgəsi, İKGF-nin genişləndirilmiş İdarə Heyətinin iclası və İƏT Gənc İş Adamları Şəbəkəsinin Baş Assambleyası keçirilib.

Dünən öz işinə başlamış nüfuzlu Beynəlxalq Kazan İqtisadi Sammitinin açılış mərasimində İKGF tərəfindən təşkil edilmiş İnnovasıya Forumunun Yekun Deklarasiyası Sammitin 400-dən artıq beynəlxalq iştirakçısına təqdim edilib.

Tatarıstan prezidenti R.Minnixanovun açdığı və İslam İnkişaf Bankının prezidenti Əhməd Mühəmməd Əli, Rusiya prezidentinin İƏT üzrə xüsusi nümayəndəsi, müsəlman ölkələri hökumətlərinin nümayəndələri, İKGF sədri və digər ali qonaqların çıxış etdiyi Beynəlxalq Kazan İslam İqtisadi Sammitinin açılış mərasimində İKGF İdarə Heyəti tərəfindən təqdim olunan Deklarasiyada nüfuzlu gənclik platformasının İslam dünyasında gedən proseslərdən, müsəlman dünyasının üzləşdiyi qlobal problemlərdən də bəhs edilib.

Deklarasiyanın xüsusi maddəsində Bakıda keçirilən İlk Avropa Oyunlarına da toxunulub. Forum iştirakçıları Azərbaycanın bir müsəlman ölkəsi kimi Birinci Avropa Oyunları kimi məsuliyyətli bir beynəlxalq tədbirin gerçəkləşdirməsini təkcə ölkəmizin deyil, bütün İƏT coğrafiyasının uğuru kimi qiymətləndirib. Deklarasiyada qeyd olunub ki, oyunların keçirilməsi Avropada sülhə, dialoqa və qarşılıqlı hörmətə böyük bir töhfə verməkdədir: “Lakin son zamanlar Qərbin bəzi dairələri və onların ruporu rolunu ifadə edən media qurumları tərəfindən BAO-nın bu özəlliyininin gözardına vurulması, oyunlara və ev sahibi ölkə, Azərbaycana qarşı qaralama kampaniyasının aparılması aydın sezilməkdədir. Belə yanaşma sadəcə oyunlara qucaq açıb, yüksək qonaqpərvərlik nümayiş etdirən Azərbaycan xalqına qarşı hörmətsizlik deyil, həmçinin bir müsəlman ölkəsinin uğuruna və oyunlar vasitəsilə sərgilədiyi beynəlxalq nüfuzuna olan qıcıq və bu səbəblə İslamofobiyanın təzahürü kimi qiymətləndirməlidir”.

Forum iştirakçıları bu kampaniyaya etirazını bildiriblər. Kazan Sammitinə bununla bağlı təqdim olunan sənəddə, Avropa Oyunlarının ev sahibi Azərbaycana dəstək olaraq, İKGF üzv qurumları və Kazan forumuna qatılan gənclər təşkilatları tərəfindən sosial mediaya dəstək kampaniyasının keçirilməsi bəyan edilib.

Qeyd olunub ki, İƏT Gənclik İnnovasiya Forumu çərçivəsində iştirakçılar tərəfindən Bakıda keçirilən İlk Avropa Oyunlarının təqdimatı da keçirilib.

İnterpress.az