Qadın güləşçimiz finaldabackend

Qadın güləşçimiz finalda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

O, yarımfinal qarşılaşmasında moldovalı Natalia Buduya qalib gələrək adını finala yazıb.

53 kq çəkidə Anjela Doroqan 1/8 final mərhələsində Türkiyə güləşçisi Merve Kengerlə qarşılaşıb və rəqibini böyük üstünlüklə – 8:2 hesabı ilə məğlub edərək 1/4 finala vəsiqə qazanıb. Onun növbəti mərhələdəki rəqibi Macarıstan idmançısı Mersedes Denes olub. Güləşçimiz bu idmançını da udaraq yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə isə o, moldovalı Natalia Buduyanı məğlub edib.

58 kq çəkidə millimizin üzvü İrina Netraba yarımfinalda məğlub olub.

63 kq çəkidə Elmira Qəmbərova 1/8 final mərhələsində İsveç idmançısı Henna Yohansona uduzub.

75 kq çəkidə Gözəl Zutova 1/8 final mərhələsində Ukrayna idmançısı Oksana Vaşçuk ilə qarşılaşıb və rəqibinə 2:4 hesabı ilə məğlub olub.

Qeyd edək ki, qadın güləşçilərimiz yarışlarda artıq 2 medal qazanıblar. Təmsilçimiz Mariya Stadnik (48kq) Oyunların qızıl, Nataliya Sinişin (55 kq) isə bürünc medalın sahibi olub.

Yunan-Roma üzrə yarışlarda kişi güləşçilərimiz isə iki dəst medal qazanıblar. Rəsul Çunayev (71 kq) və Elvin Mürsəliyev (75 kq) qızıl, Rafiq Hüseynov (80 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Elman Muxtarov (59 kq) və Həsən Əliyev (66 kq) isə bürünc medala sahib olublar.

İnterpress.az