Mühacir Müsavatçılar bəyanat yaydıbackend

Mühacir Müsavatçılar bəyanat yaydı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Eldəniz Yusifovun İnterpress.az-a təqdim etdiyi bəyanatda bildirilir ki, Müsavat Partiyasının Avropa ölkələrinin başcılarına I Avropa Oyunlarını baykot cağırışı, Müsavat Partiyasının başqanı Arif Haçılının ABŞ-ın Azərbayçandakı səfiri Robert Frenses Sekuta ile görüşü və bu görüşün ardından ABŞ səfirinin siyasi işlər üzrə müşaviri Syuzan Çesli ABŞ-ın Bakıdakı səfirliyində Müsavatçı Gənclər Təşkilatının təmsilçisi Əbülfəz Sadıqbəyli ilə görüşməsi, nəhayət Müsavat Partiyasının başqanı Arif Haçılının Avropa Parlamentində “Şərq tərəfdaşlığının gələcəyi” mövzusunda keçiriləcək müzakirələrdə iştirak etmək üçün Avropa Parlamentinə rəsmi dəvət edilməsi hakimiyyətlə yanaşı, onun əlaltılarını da ciddi narahat edib: “Bu səfərə, keçiriləcək görüşlərə kölgə salmaq ucun növbəti qarayaxma kompaniyasina start verilib”.

Bəyanatda bu dəfə konkret olaraq Səxavət Əlisoydan istifadə edildiyi vurğulanır: “Səxavət Əlisoy isə Müsavat Partiyasının rəhbərliyi ilə bərabər mühacir müsavatcıları da hədəfə alıb ve iddia edir ki, guya Avropada olan muhacir müsavatçılar Arif bəyə pul verir. Bu məlumatın da ona sosial şəbəkədə fəaliyyət göstərən \”Mühacir Müsavatçılar\” qrupunun üzvlərindən biri tərəfindən ötürüldüyünü iddia edir.

\”Mühacir Müsavatçılar\” qrupunun uzvləri olaraq bəyan edirik ki, bu, Müsavat Partiyasının ölkə daxilində və beynalxalq aləmdə artan nüfuzundan narahat olan rejim tərəfindən idarə olunan növbəti qarayaxma kompaniyasıdır və Səxavət Əlisoyun vasitəsiylə həyata kecirilir. Eyni zamanda da bildiririk ki, bu kimi qarayaxmalar, şər və böhtanlarla nə Müsavat Partiyasını, nə də müsavatçıları haqq yolundan döndərmək mümkün olmayacaq”.

Elnarə
İnterpress.az