Ayın görünməsindən asılı olaraq Ramazan Bayramı Şəvval ayının birinə (miladi təqvimlə iyulun 18-nə) təsadüf edəcək.
QMİ-nin tərtib etdiyi cədvələ əsasən, Qədr gecələri Ramazan ayının 18-dən 19-na, 20-dən 21-nə, 22-dən 23-nə, və 26-dan 27-nə keçən gecələrə (iyul ayının 5-dən 6-a, iyul ayının 7-dən 8-nə, iyulun 9-dan 10-a, iyulun 13-dən 14-ə keçən gecə) təsadüf edir.
Qeyd edək ki, Ramazan ayının gəlişi qonşu ölkələrdə zaman fərqilə qeyd oluna bilər. Bu baxımdan Ramazan bayramı da fərqli gündə qeyd edilə bilər. Qafqaz Müsəlmanlar İdarəsinin bəyanatına əsasən, bundan sonra Azərbaycanda dini bayram günləri ilə bağlı fətvalar yalnız Şamaxı Astrofizika Rəsədxanasının rəyi əsasında verilir.
İnterpress.az