Nəticələr yaxın günlərdə açıqlanacaqbackend

Nəticələr yaxın günlərdə açıqlanacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

9-cu sinif şagirdləri üçün imtahan saat 10:00-da başlayıb və 2 saat ərzində aparılıb. 11-ci sinif şagirdləri üçün isə imtahan saat 15:00-da başlayıb və 2 saat 45 dəqiqə müddətində aparılıb.

İmtahan prosesinin idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanmış və imtahan prosesinin gedişi nəzarətdə olub.

“Bütün mərkəzlərdə şagirdlər üçün normal imtahan şəraiti yaradılıb və proses təlimata uyğun aparılıb. Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılır. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur”-deyə TQDK bəyan edib.

İnterpress.az