İnterpress.az xəbər verir ki, bununla bağlı ilkin razılıq BMT-nin təşəbübsü ilə aparılan sülh danışıqlarında əldə edilib.
BMT-nin Yəməndəki xüsusi nümayəndəsi İsmail Ould Şeyx Əhmədin sözlərinə görə, hazırda məsələ ilə bağlı detallar dəqiqləşdirilir: “Ancaq tərəflər hələ də danışıqlar masasından imtina edir, fərqli fikirlər bildirirlər”.
Atəşkəsin iyunun 18-də başayaraq bir ay davam etməsi nəzərdə tutulur.
İnterpress.az