Sarı zolağa daxil olan 1800 sürücü cərimələnibbackend

Sarı zolağa daxil olan 1800 sürücü cərimələnib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu haqda Modern.az saytına Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov məlumat verib.

O bildirib ki, buna səbəb surət həddinin aşılmasının qarşısının alınmasıdır: “Çünki hadisələr əksərən sürət həddinin aşılması zamanı baş verirdi. Əvvəllər Bakı üzrə sutkada 2-3 ölüm faktı qeydə alınırdısa, indi bu say demək olar ki, minimuma enib, göstəricilər qənaətbəxşdir. Yllarda avtomobillərin sayı azalıb, intensivlik və nizam-intizam isə artıb. Həm də görünən odur ki, avtomobil sahibləri vəziyyəti mövcud şəraitə uyğun qiymətləndirməyi bacarırlar. Deməli bunların hamısı özümüzdən asılı idi. Sevindirici haldır ki, sürücülərimizin böyük əksəriyyəti bunu dərk edir.

Böyük idman tədbirinin Bakıda keçirilməsi sürücülərimiz tərəfindən düzgün qiymətləndirildi ki, nəticəsi də göz qabağındadır. Tətbiq edilən qaydalar müzakirə edilmədi, onlara qeydsiz-şərtsiz əməl olundu. Bu sahədə Kütləvi İnformasiya Vasitələrinin, media nümayəndələrinin əməyi çox böyükdür. Onların zəhməti nəticəsində bizim apardığımız təbliğat vətəndaşların diqqətinə çatdırıldı. Bu təbliğat hesabına insanlar düzgün qərar qəbul etdilər”.

Maraqlıdır əldə edilmiş müsbət nəticələrin qorunub saxlanması mümkün olacaqmı?

Polkovnik bildirib ki, əldə edilmiş müsbət nəticələr uğurla davam etdiriləcək: “Ölkədə gedən inikişaf prosesi insanların şüuruna da təsir edir. Əvvəllər bəzi sürücülər özbaşınalıq etdiklərinə görə öyünürdüsə, hazırda ictimai qınaq bunun qarşısını almaqdadır”.

V.Əsədov Avropa Oyunları ilə əlaqədar nəqliyyatın hərəkəti üçün nəzərdə tutulan xüsusi zolaqların tələblərini pozan sürücülər barədə son statistikanı da açıqlayıb: “Mayın 29-dan 17 iyuna qədər sarı zolağa daxil olan və barələrində tədbir görülməsi üçün elektron protokol tərtib edilən sürüclərin sayı 1800-dən artıq olub. Əgər mayın 29-da 600 sürücü, mayın 30-da 500, mayın 31-də 400 sürücü sarı zolağa daxil olduğundan cərimələnibsə, bu günlərdə sutka ərzində cəmi 10-15 sürücü belə qayda pozuntusuna yol verir. Kameralardan izlənilənlər belə deməyə əsas verir ki, sürücülər vəziyyəti düzgün qiymətləndirməyi bacarırılar. Sanki həmin zolaq sərhədmiş kimi sürücülər həmin xəttə daxil olmamağa çalışırlar. Bu, vətəndaş həmrəyliyimizin göstəricisidir”.

İnterpress.az