İnterpress.az xəbər verir ki, suriyalı müxaliflərin açıqlamasına görə, Əsəd rəhbərliyi Dəməşq ətrafında yerləşən Dumaya “fil mərmisi” ataraq 27 adamı öldürüb. Çərşənbə axşamı baş verən hücumda aralarında uşaqların da olduğu ən az 60 adam da yaralandı.
Mühərriklərinə daha böyük bombaların əlavə edilməsi ilə istehsal edilən mərmilər atıldığı zaman çıxartdıqları səsə görə “fil mərmisi” adlandırılır. Bu əlavə ilə bombaların dağıdıcı təsiri artsa da, nişangah nisbəti və məsafəsi azalır.
Müxaliflərin nəzarətindəki Duma son 3 ildir Əsəd tərəfdarı olan qüvvəıərin hücumu altındadır. Vətəndaşlara qarşı barrel bombaları və kimyəvi silahlar istifadə etməkdə günahlandırılan Əsədin təlimatı ilə bu dəfə “fil mərmiləri”dən istifadə olunub.
ABŞ xarici işlər naziri Con Kerri də keçirdiyi mətbuat konfransında Suriyada vətəndaşlara qarşı xlor qazı istifadə edilməsi ilə bağlı suala cavab verib. “Bu hücumların əksəriyyətinin rejim tərəfindən edildiyindən qətiliklə əminik” deyən Kerri bu istiqamətdə sənədlər yığdıqlarını qeyd edib. Kerrinin sözlərinə görə, ancaq ölkədəki müxalif güclərin də vaxtaşırı bu hücumları reallaşdırmış ola biləcəyini ifadə edib.
Londonda yerləşən Suriya İnsan Haqları Müşahidə Evinə görə Suriyadakı vətəndaş müharibəsində 230 mindən çox insan ölüb. Bunlardan 70 mini sadə vətəndaşlardır.
İnterpress.az