Bu ölkə aclıq təhlükəsi yaşayırbackend

Bu ölkə aclıq təhlükəsi yaşayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, ölkənin rəsmi xəbər agentliyi KCNA ölkədəki quraqlığın əkinçiliyə böyük zərər verdiyini və aclıqla bağlı narahatlıqları artırdığını bildirib.

Agentliyin xəbərinə görə, yağışın azlığı səbəbiylə düyü tarlalarının 30 faizindən çoxu tamamilə quruyub. Ölkənin çəltik təsərrüfatına böyük zərər dəyib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Dünya Ərzaq Proqramı 5 yaşdan aşağı olan Şimali Koreyalı uşaqların üçdə birinin qeyri-kafi bəsləndiyini qeyd edib. BMT aprel ayında Şimali Koreyada aclıqla mübarizə üçün 111 milyon dollarlıq yardım kampaniyası başladıb.

Qeyd edək ki, Şimali Koreyada tez-tez sel fəlakəti və quraqlıq kimi səbəblərin də artırdığı aclıq problemi yaşanır. 1990-cı illərdə də ölkədə aclıq dəhşətli nəticələrlə yadda qalıb.

İnterpress.az