Türk taekvondoçuya şokbackend

Türk taekvondoçuya şok

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

68 kq çəki dərəcəsində yarışan türkiyəli taekvondoçu Sərvət Tazəgül ilk turda məğlub olub.

Olimpiya, dünya və Avropa çempionu olan Türkiyə idmançısı ilk görüşündə polşalı Karol Robakla bacarmayıb.

Qardaş ölkənin medal ümidi olan Tazəgülün rəqibinə 9:21 hesabı ilə uduzması ölkəsində birmənalı qarşılanmayıb. Polşa təmsilçisi finala qədər irəliləyəcəyi təqdirdə Sərvət təsəlliverici görüşlərə qatılacaq. Yeri gəlmişkən, Tazəgülün bu uğursuz çıxışı Türkiyə mətbuatı tərəfindən şok məğlubiyyət kimi qiymətləndirilib.

Qeyd edək ki, Cənubi Koreya (2011) və Rusiyada (2015) dünya, Romada (2008), Sankt-Peterburqda (2010), Mançesterdə (2012) və Bakıda (2012) Avropa çempionatlarının qızıl medallarına yiyələnən Sərvət Tazəgül 2012-ci il London Olimpiyadasının qalibi olub.

İnterpress.az