DAK Mətbuat Xidmətinin son açıqlamasıbackend

DAK Mətbuat Xidmətinin son açıqlaması

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnsan şəxsiyyətinin alçaldılması və təhqir olunması maddəsiylə cinayət işi açıla biləcək qədər cinayət tərkibli bu fikirlərin müəllifi Əjdər Tağızadə illərlə içində olduğu proseslərə kənarda imiş kimi münasibət bildirərkən görünür ki, iştirakçısı və ittihamçısı olduğu təşkilatda öz payını, fərd olaraq daşımış olduğu hüquqi statusunu unudub. Belə ki, müsahibə boyu iki dəfə təkrarən Azərbaycan Diaspor Komitəsinin sədri Nazim İbrahimova müraciət edib pul istədiyini bildirən kecmiş DAK Daimi Şurasının sədri məhz bu cümlələri ilə özünün əleyhinə müəyyən faktlar vermiş olur. Belə ki, Dünya Azərbaycanlıları Konqresinin Nizamnaməsinə əsasən təşkilatın maliyyə məsələləri Daima Şura sədri tərəfindən deyil DAK həmsədrlərinin nəzarətində olan bank hesabıyla nizamlanır. Adı çəkilən quruma maliyyə istəyi ilə bağlı yalnız həmsədrlərin birgə razılığı olduğu halda müraciət edilə bilər. Müsahibədə işlətdiyi cümlələrdə Əjdər Tağızadə əməlləri ilə vəzifəsi arasındakı bu təzadı fərqində olmadan öz dili ilə etiraf edir və birmənalı olaraq bu təşkilata müəyyən qüvvələr tərəfindən hansısa maraqlar üçün ezam olunduğu təəssüratını yaradır.
13- cü İstanbul Qurultayında öz istəyi əsasında könüllü istehfa verən keçmiş DAK yetkilisi, təəssüf ki, üzün müddət bu təxribatçı fəaliyyətini pərdələməyi bacarmış, lakin illərlə onu yaxından tanıyan Güneyli soydaşlarımızın və mühüm simaların təşkilatdan uzaq qalmasına səbəb olmuşdur. İstehfa verməsinə baxmayaraq o, bu gün də bədnam fəaliyyətindən qalmır, birləşmədən sonra yeni müsbət fəaliyyət yönümü ilə yola çıxmış təşkilata anti-Azərbaycan qüvvələrin dəstəyi ilə zərbə vurmağa çalışır. Əslində, bu təxribatların hədəfi yalnız ayrı-ayrı şəxsləri gözdən salmaq deyil, birləşmədən sonra fəaliyyətində millət və dövlət maraqlarının ifadəsi baxımından müsbət dönüşə nail olmuş Dünya Azərbaycanlıları Konresini yenidən parçalamaq və fəaliyyətsiz duruma salmaqdır.

Ölkə xaricində olan DAK həmsədri Sabir Rüstəmxanlı müsahibədə səslənən fikirlərlə bağlı cavab və açıqlamanı ölkəyə qayıtdıqdan sonra verəcəyini bildirib. DAK -ın Türk Dünyası üzrə Müşaviri, ATQB sədri Tənzilə Rüstəmxanlı isə, \”Əjdər Tağızadə bu dediklərini məhkəmədə sübut etməlidir\” söyləyib.

Müsahibədə adı çəkilən və ittiham olunan digər şəxslər də yaxın günlərdə bununla bağlı media açıqlaması verəcəklərini söyləyiblər.

DAK Mətbuat Xidməti
İnterpress.az