Tənzilə Rüstəmxanlıdan Əjdər Tağızadəyə: “Cavab verməli olacaqsan”backend

Tənzilə Rüstəmxanlıdan Əjdər Tağızadəyə: “Cavab verməli olacaqsan”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan hüquqi dövlətdir və bunun üçün lazımi instansiyalara müraciət olunacaq. Mənim Azəri-Türk Qadınları İçtimai Birliyi kimi böyük təşkilatım var, Azərbaycan-Türkiyə Evinin (ATEV) başqanıyam və içtimai fəal bir vətəndaşam. Mənim DAK-a yox, DAK-ın mənim kimi vətəndaşa ehtiyacı olduğu üçün ordayam. Bundan əlavə DAK-a da sonradan gəlməmişəm. DAK-in ilk qurultayından indiyə qədər də DAK-da olmuşam. Və mənim illərlə içtimai sektordakı fəaliyyətimi mənşəyi bəlli olmayan, hansı cəbhəyə xidmət etdiyi bilinməyən insanlar tərəfindən ləkələməsinə icazə vermərəm. Görünür, Əjdər Tağızadənin DAK-dakı fəaliyyəti sadəcə pul toplamaq olub. Əgər belə olmasaydı, başqalarını da pul toplamaqda ittiham etməzdi. Əslində mənim Əjdər Tağızadə haqqında dediyim heç bir söz onun özünü ifşa etməyə xidmət edən sözləri qədər effektiv olmayacaq”. Tənzilə Rüstəmxanlı Əjdər Tağızadənin müsahibəsini yayımlayan saytın baş redaktoru Əvəz Zeynallı haqqında da fikirlərini bölüşüb: “Sözügedən müsahibədə türk, Azərbaycan kişisinə yaraşmayan, ancaq və ancaq Əjdər Tağızadə kimilərə yaraşan iddialar yer alır. İran kəşfiyyatına köləlik edən, ümumiyyətlə kölə ruhlu ünsürlərlə hesabımı Azərbaycan qanunlarına uyğun, hüquq müstəvisində həll edəcəyəm. Müsahibədə guya təhqirlər çıxarılıb deyə qeydlər var, amma bu sayt və sayt rəhbəri də məsuliyyətdən yaxasını çəkə bilməyəcək. Əjdər Tağızadə dediklərini bir-bir sübut etməlidir. Onun mənşəyi və milliyəti ilə bağlı hər zaman şüphələrimiz var idi, bu son cəfəngiyyatları ilə sübut etdi ki, onun Azərbaycan və Azərbaycançılıq dərdi yoxdur. Ümumiyyətlə Azərbaycanla əlaqəsi yoxdur. Əjdər Tağızadə təhqirə və böhtana görə cavab verməli olacaq. Mən hər iki şəxs haqqında lazımi orqanlara müraciət edəcəyəm”.

İnterpress.az