Ən gənc Qarabağ əlilinin maşını quyuya düşdübackend

Ən gənc Qarabağ əlilinin maşını quyuya düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ucar rayon Su Kanal idarəsinin müdiri Asif Şirinovun qanunsuz əməllərindən şikayət edən əlil, ailəsinin acından ölmək təhlükəsi ilə üz-üzə qaldığını iddia edir və prezident İlham Əliyevdən kömək istəyir.

“Mən Azərbaycanın ən gənc Qarabağ müharibəsi əliliyəm. 2008-ci il tarixində həqiqi-hərbi xidmətə çağırılmışam. Beyləqanda yerləşən 181saylı hərbi hissədə hərbi xidmət keçmişəm. Erməni silahlı qüvvələrini müşahidə edən zaman snayperdən açılan güllə sinəmi dəlib keçərək kürəyimdən çıxdı. Və nəticədə 2-ci qrup əlil oldum. Qarabağ əlili olduğum üçün qanunda nəzərdə tutulmuş qaydada 2012-ci il tarixdə dövlət tərəfindən mənə də “Lifan- 320” markalı avtomobil hədiyyə edildi. Vergimi ödəyib, sərnişin daşıyaraq ailəmi bir təhər dolandırırdım. Ucar rayon Su Kanal idarəsi rayonun mərkəzi küçəsində təmir işi aparıb qurtarandan sonra qazılmış quyunun üstünü bağlamayıb. Ora qəza olmaması üçün nişan qoyulmadığından gecə vaxtı həmin quyuya düşdüyümdən avtomobilim tam yarasız vəziyyətə düşüb. Buna görə Ucar rayon Su Kanal İdarəsinin müdiri Asif Şirinova müraciət edib onların səhlənkarlığına görə avtomobilimə dəymiş zərəri aradan qaldırmaqda mənə köməklik etməsini xahiş etdim. O isə mənə “Bu, mənim yox, rayon icra hakimiyyətinin işidir. Su Kanal İdarəsi quyunu qazıb, su borusunu təmir edib, quyunun üstünün örtülməsi isə rayon icra hakimiyyətinə aid məsələdir, get kompensasiyanı icra başçısı versin” sözlərini dedi. İnsanlığa yaraşmayan tərzdə qarşıladı və acılayaraq yola saldı. Ucar rayon Su Kanal İdarəsinin müdiri Asif Şirinov sakinləri içməli su ilə təmin etmək əvəzinə, onlara qrunt, çirkab suları verir ki, bu da insanların sağlamlıqları üçün çox təhlükəlidir”.

Şikayətçi bildirir ki, Ucar rayonunun bir çox küçələrində insanlar susuzluqdan əziyyət çəkir: “Camaat rayonda Kərbəla müsibəti yaşamaq məcburiyyətində qalıb. Səbəbi isə Asif Şirinovun səhlənkarlığı və pul qazanmaq həvəsidir. Rayonda içməli suyun verilməsində tez-tez uzun fasilələr yaranır ki, səbəbi borular yararsız olduğundan sıradan çıxmasıdır. Hansı ki, rayon ərazisində içməli su borularının yenilənməsi üçün ayrılmış vəsaiti arxalı müdür mənimsəyib. Gün ərzində içməli su adı altında verilən su əslində qrunt, çirkab sularıdır. Rayon sakinləri də bunu bildiklərindən və ağır xəstəliklərə düçar olmamaq üçün çörək pullarını içməli su almağa sərf edirlər. O, Su Kanal idarəsinin həyətindəki böyük artezian quyusundan axan suyu maşınlarla camaata satdırıb küllü miqdarda pul qazanır, deyə öz kommersiya maraqlarına görə insanların taleyi ilə oynayır. Bu, ən ağır cinayətdir ki, hələ də qarşısı alınmır, tədbir görülmür”. ( aznews.az )

İnterpress.az